Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

25 Fevral 2018
24 Fevral 2018

17 Avqust 2016 - 16:47

“Qafqaz İnkişaf Bankı” və “Atrabank”ın qorunan əmanətçilərinə kompensasiya veriləcək

asm

Əmanətlərin Sığortalanması Fondu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 15 avqust 2016-cı il tarixli 01/04-2050 nömrəli məktuba istinad edərək bildirir ki, “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də sığorta hadisəsi baş verib.

Bu barədə Gununsesi.info-ya Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

“Əmanətlərin sığortalanması haqqında” qanununun 2.1.9-cu maddəsinə müvafiq olaraq 16 avqust 2016-cı il tarixi “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi  baş verdiyi gündən 7 təqvim günü ərzində “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, sığorta hadisəsi baş verəndən sonra 3 gün ərzində Fond müflis elan edilmiş banklardan əmanətçilərlə bağlı məlumatı alır. Qanunvericiliyə görə, Fond sığorta hadisəsi baş verən gündən 7 gün sonra kompensasiyaların ödənilməsinə başlayır.

Gununsesi.info