Qafqaz İslam Ordusunun 101 illiyi qeyd olundu - FOTOLAR

  • By admin
  • 13 Sentyabr 2019 10:26

Yasamal rayon Heydər Əliyev Mərkəzində Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi, Azərbaycan Rəssamlar İttifaqının və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Nuru Paşa və Qafqaz İslam Ordusunun 101 İlliyinə” həsr olunmuş sərgi-tədbir təşkil olunub.

Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sərgidə təsviri sənətin bütün növləri üzrə 35 rəssamın 40-a yaxın işi yayımlanıb.

Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Azərbaycan Rəssamlar İttifaqının Qrafika şöbəsinin rəhbəri, xalq rəssamı Arif Hüseynov iştirak ediblər.

Tədbir şəhidlərin xatirəsini 1 dəqiqəlik sükütla yad etməklə başlayıb. Daha sonra isə Azərbaycan və Türkiyə Dövlətlərinin Himni səsləndirilib.

Daha sonra isə səfir Erkan Özoral Nuri Paşa və Qafqaz Ordusunun Bakını işğaldan azad etməsinin tarixini xatırladıb. O, Azərbaycan və Türkiyənin hər zaman qardaş dövlət olaraq qalacağını bildirib: “Türkiyə və Azərbaycan olaraq bir millət iki dövlətik. Hər zaman eyni mədəniyyəti, eyni dili, eyni dini və eyni tarixi, paylaşırıq. Bu, yüz,beş yüz il öncə də belə olub, hazırda da belədir və min il sonra da belə olacaq”.

İcra başçısı Əziz Əzizov bildirib ki, burada iştirak edən rəssamlarımız, qazilərimiz və mətbuat nümayəndələrimiz bu tarixi çox yaxşı bilirlər. Hörmətli Erkan Özoral bəy dəyərli çıxışında bir daha bizə bir daha xatırlatdı. Ötən il Rəcəb Tayyib Ərdoğan və prezident İlham Əliyevin birgə iştirakı ilə yüzillik möhtəşəm şəkildə Azərbaycanda qeyd olundu. Bu gün isə 101-ci ili qeyd edirik. Deməli bu tədbir millətlərimizin arasında olan dostluq münasibətlərinin bariz nümunəsidir. İki dövlət arasında olan dostluğu heç kim poza bilməz”.

Tədbir rəssamların mükafatlandırılması ilə davam etdirildi, xatirə şəkilləri çəkdirildi.