“Qafqaz Universitetindən Bakı Mühəndislik Universitetinə köçürülən bütün tələbələrin gələcəkdə alacaqları diplomlar birmənalı şəkildə Azərbaycan respublikasında tanınacaq”.
Gununsesi.info-nun xəbərinə görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov “Təhsil.tv”-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qafqaz Universitetinin bütün tədris sənədlərinin – hazırda təhsil alan, əvvəlki illərdə qəbul olunmuş və müəyyən səbəblərdən universiteti bitirməmiş, akademik məzuniyyət götürmüş, müxtəlif təqaüd proqramları çərçivəsində xaricdə təhsil alan bütün tələbələrin tədris sənədlərinin Qafqaz Universitetindən Baklı Mühəndislik Universitetinə təhvil verilməsi ilə bağlı işlər aparılır və qısa müddətdə bu iş tamamlanacaq.
S. Gözəlov qeyd edib ki, Qafqaz Universitetində indiyə qədər mövcud olan ixtisaslardan əlavə olaraq Bakı Mühəndislik Universitetində ölkə iqtisadiyyatı üçün prioritet olan bir sıra yeni mühəndislik üzrə ixtisaslar açılacaq.
Gununsesi.info