“Qalatasaray” “Benfika”nın futbolçusunu icarəyə götürüb

  • By admin
  • 23 Yanvar 2022 19:28

Türkiyə “Qalatasaray”ı heyətini yeni futbolçu ilə gücləndirib.

Gununsesi.info “A Bola” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Benfika”nın yarımmüdafiəçisi Jedson Fernandeşlə anlaşıb.

“Cim-Bom” 23 yaşlı oyunçunu 1,5 milyon avro qarşılığında icarəyə götürüb. Portuqaliyalı futbolçu ilə 1,5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Jedson Fernandeş ötən mövsümün ikinci yarısını da icarə əsasında “Qalatasaray”da keçirib.

 

 

Gununsesi.info