Türkiyənin “Qalatasaray” klubu Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyununda səfərdə İngiltərənin “Mançester Yunayted” klubu ilə qarşılaşacaq.
Gununsesi.info xəbər verir ki, A qrupunun oyunu oktyabrın 3-də “Old Trafford”da keçiriləcək.
Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası – İvan Kruzljak, Branislav Hankko və Yan Pozor idarə edəcək. Matçın dördüncü hakimi Peter Kraloviç olacaq.
Qrup mərhələsinin açılış matçında İstanbul klubu evdə Danimarkanın “Kopenhagen”i ilə 2:2 hesablı heç-heçə edib.
A qrupuna 3 xalla “Bavariya” başçılıq edir. “Qalatasaray” üçüncü yerdədir. “Sarı-qırmızılar”ın 1 xalı var.
Türkiyə klubu 2019/2020 mövsümündən sonra ilk dəfə turnirin bu mərhələsində çıxış edir.