“Qalatasaray” Fatih Terimdən sonra daha 7 nəfərlə vidalaşıb

  • By admin
  • 11 Yanvar 2022 18:11

Türkiyə “Qalatasaray”ı baş məşqçisi Fatih Terimlə yolları ayırdıqdan sonra daha 7 nəfərlə vidalaşıb.

Gununsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 69 yaşlı mütəxəssisin köməkçiləri Necati Ateş və Selçuk İnanla əməkdaşlığa son qoyub.

HTML tutorial

Həmçinin inzibati direktor Şükrü Hanedar, idman koordinatoru Fatih İbradı, mətbuat katibi Eray Sözen, “Florya Metin Oktay” bazasının direktoru Fahri Yılmaz və onun müavini Ender Uysal vəzifələrindən azad ediliblər.

 

Gununsesi.info