“Qalatasaray” həm də siyasət oynayır…

  • By admin
  • 26 Mart 2017 17:39

58d6a98a40201120f0f7e986-103

 

“Dünən “Qalatasaray”ın qurultayı idi və rəhbərliyin ötən 1 illik fəaliyyəti barədə hesabatı dinlənildi. Qurultayda futbol komandası ilə ölkə hökuməti arasında gərginlik yaradan (klub rəhbərliyinin iradəsi xaricində) hadisələr baş verdi”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri politoloq Şahin Cəfərli “Qalatasaray”la hakim partiya AKP arasındakı gərgin münasibətləri şərh edərkən bildirib.

Türkiyə futbolunun bu gün sərt şəkildə tənqid olunmasına əsas səbəbin siyasi hakimiyyət olduğunu vurğulayan politoloq toplantıda 3 qalmaqallı hadisənin baş verdiyini qeyd edib:

“1. Qurultayın açılışında dövlət himnindən sonra üzvlərin bir çoxu hazırda referendum öncəsi “hayır” cəbhəsinin ortaq marşına çevrilmiş “İzmir marşı”nı (Yaşa, Mustafa Kemal Paşa, yaşa!) oxudu;

  1. Çıxışlar zamanı söz alan indiki idman nazirinin atası, Ərdoğanın şəxsi həkimi olmuş GS üzvü Sinan Kılıç fitə basıldı və çıxışını tamamlaya bilmədi;
  2. “Fətullahçı” kimi tanınan ölkə futbolunun keçmiş ulduzları Hakan Şükür və Arif Ərdəmin GS üzvlüyündən xaric olunması barədə təklif rədd edildi.

Bütün bunlar, xüsusən 3-cü məsələ hökumətin qəzəbinə səbəb olub. Hökumət qərara dərhal yenidən baxılmasını, Hakan və Arifin üzvlükdən çıxarılmasını tələb edir.

 

Gununsesi.info