“Qalatasaray” ilin futbolçusunu açıqladı

  • By admin
  • 10 Sentyabr 2020 20:20

“Neftçi”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Türkiyə “Qalatasaray”ında ilin futbolçusu müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, klubun İdarə Heyəti və İş Adamları Dərnəyi niderlandlı müdafiəçi Rayan Donku bu mükafata layiq görüb.

Mükafatlandırma mərasimində danışan 34 yaşlı oyunçu əməyinin qiymətləndirilməsinə sevindiyini bildirib: “Çox şadam. Pandemiyaya qədər yaxşı mövsüm keçirmişdik. Amma sonradan bir çox komandada olduğu kimi, bizdə də problemlər oldu və çempionatı istədiyimiz kimi başa vura bilmədik. Bu mövsüm çempion olmalıyıq. Keçmişə baxsaq, ardıcıl 2 dəfə qızıl medallar qazanmışıq. Bu, üzərimizdə təzyiq yaradır. Amma “Qalatasaray” hər zaman yuxarı səviyyədə olmalıdır”.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

 

 

Gununsesi.info