“Qalatasaray” klubu “Stok Siti”nin futbolçusunu icarəyə götürüb

  • By admin
  • 07 Sentyabr 2020 15:51

“Neftçi” klubunun Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyə təmsilçisi “Qalatasaray” daha bir futbolçunu transfer edib.

Gununsesi.info-nun məlumatına görə, Super Liqa komandası İngiltərənin “Stok Siti” klubunun yarımmüdafiəçisi Peter Etobonu heyətinə qatıb.

Nigeriya millisinin orta sahə oyunçusu “cim-bom”da icarə əsasında çıxış edəcək. “Sarı-qırmızılılar” 25 yaşlı futbolçunu birdəfəlik transfer etmək hüququna malik olacaq. “Qalatasaray” tezliklə bu keçidi rəsmən bəyan etməyə hazırlaşır.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.

 

Gununsesi.info