“Qalatasaray” prezidentindən tənqidlərə cavab

  • By admin
  • 12 Fevral 2022 17:16

Türkiyənin “Qalatasaray” klubunun prezidenti Burak Elmas son vaxtlar ünvanına səslənən tənqidlərlə bağlı açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Elmas reaksiyaları son dərəcə haqlı və normal hesab edib.

 

Super Liqada pis gedişatdan sonra azarkeşlərin reaksiyası ilə üzləşən Elmas, “Futbol komandası bu hesabda olarkən tribunada olsaydım, üsyan edərdim. Bəlkə “rəhbərlik, istefa ver” , – deyə qışqıra bilərdim. Azarkeşlər matçın nəticəsinə baxırlar. Maddi vəziyyətə, borca baxmırlar. 3-4 il plan qurmaq asan deyil. Kimin ağlına belə bir xal gələ bilər?”, – deyə sözlərini yekunlaşdırıb.

 

Gununsesi.info