
Türkiyə Super Liqasında VII tur davam edir.
Gununsesi.info-nun məlumatına görə, bu gün baş tutmalı olan üç oyundan ikisi keçirilib.
Autsayderlər zonasında qərarlaşan “Gənclərbirliyi” öz meydanında “Qaziantep”lə bərabərə qalıb.
Qeyri-stabil mövsüm keçirən “Qalatasaray” son pillənin sahibi “Ankaragücü”nü qəbul edib. Bu matça qədər qələbə üzünə həsrət qalan paytaxt təmsilçisi İstanbuldan da əliboş dönüb. Rəqibi üzərində qələbə qazanan “cim-bom” turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, tura dünən keçirilən “Fatih Karagümrük” – “Ərzurum BB” (5:1) və “Trabzonspor” – “Kasımpaşa” (3:4) oyunları ilə start verilib. Digər matçlar noyabrın 1-2-də olacaq.
Türkiyə Super Liqası
VII tur
31 oktyabr
“Gənclərbirliyi” – “Qaziantep” – 1:1
Kandeyas, 56 – Maksim, 17 (pen.)
“Göztəpə” – “Alanyaspor” oyunu təxirə salınıb.
“Qalatasaray” – “Ankaragücü” – 1:0
Babel, 45+1
1 | Alanyaspor | 6 | 5 | 1 | 0 | 15-2 | 16 |
2 | Fənərbaxça | 6 | 4 | 2 | 0 | 10-5 | 14 |
3 | Qalatasaray | 7 | 4 | 1 | 2 | 9-5 | 13 |
4 | Fatih Karagümrük | 7 | 3 | 2 | 2 | 14-8 | 11 |
5 | Kasımpaşa | 7 | 3 | 2 | 2 | 8-6 | 11 |
6 | Rizəspor | 6 | 2 | 2 | 2 | 9-8 | 8 |
7 | Qaziantep | 7 | 1 | 5 | 1 | 9-10 | 8 |
8 | Antalyaspor | 6 | 2 | 2 | 2 | 6-8 | 8 |
9 | Yeni Malatyaspor | 6 | 2 | 2 | 2 | 6-9 | 8 |
10 | Göztəpə | 6 | 1 | 4 | 1 | 10-7 | 7 |
11 | Başakşəhər | 6 | 2 | 1 | 3 | 7-7 | 7 |
12 | Beşiktaş | 5 | 2 | 1 | 2 | 8-9 | 7 |
13 | Sivasspor | 5 | 2 | 1 | 2 | 5-6 | 7 |
14 | Ərzurum BB | 6 | 2 | 1 | 3 | 8-11 | 7 |
15 | Hatayspor | 4 | 2 | 1 | 1 | 3-6 | 7 |
16 | Konyaspor | 5 | 1 | 3 | 1 | 5-3 | 6 |
17 | Kayserispor | 5 | 2 | 0 | 3 | 4-8 | 6 |
18 | Gənclərbirliyi | 6 | 1 | 2 | 3 | 4-7 | 5 |
19 | Trabzonspor | 7 | 1 | 2 | 4 | 9-14 | 5 |
20 | Dənizlispor | 6 | 1 | 2 | 3 | 5-10 | 5 |
21 | Ankaragücü | 5 | 0 | 1 | 4 | 4-9 | 1 |
Gununsesi.info