“Qalatasaray” məğlubiyyətə uğradı

  • By admin
  • 03 Aprel 2021 22:38

“Qalatasaray” klubu Türkiyə Super Liqasının XXXII turunda məğlubiyyətə düçar olub.

Gununsesi.info xəbər verir ki, “sarı-qırmızılar” səfərdə “Hatayspor”a böyük hesabla uduzub – 0:3. Qolları Mame Biram Diuf 21-ci və 72-ci, Ruben Ribeyro isə 29-cu dəqiqədə vurub.

HTML tutorial

Qonaq komandanı oyuna, baş məşqçi Fatih Terim və Ümit Davala cəzalı olduqları üçün Levent Şahin çıxarıb.

Beləliklə, son 5 matçda 3-cü və ardıcıl 2-ci məğlubiyyətlə üzləşən “Cim Bom” 31 oyundan 61 xalla 2-ci pillədə qalıb və çempionluq yolunda ağır məğlubiyyət alıb. “Hatayspor” isə xalını 49-a yüksəldib və 6-cı yerdə qərarlaşıb. Turnir cədvəlinə 29 oyundan 64 xala malik “Beşiktaş” başçılıq edir. “Fənərbağça” isə 30 oyundan 59 xalla 3-cüdür.

Gununsesi.info