“Qalatasaray” tanınmış futbolçuları ilə yollarını ayırır

  • By admin
  • 02 İyul 2020 14:14

Türkiyənin “Qalatasaray” klubu 5 futbolçusu ilə yollarını ayırmaq istəyir. 

Gununsesi.org “Milliyet”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi ilk olaraq icarə müddəti başa çatan və kluba qayıdan Mbaye Dian və Rayan Babeldən xilas olmağa çalışacaq. Onlar müvafiq olaraq Belçikanın “Brügge” və Niderlandın “Ayaks” klubunda çıxış ediblər. Baş məşqçi Fatih Terim hər iki futbolçunu komandasında görmək istəmir.

“Sarı qırmızılar” Yunes Belhanda, Sofyan Fequli və Radamel Falkao üçün gələn təkliflərini dəyərləndirmək niyyətindədir.

 

 

Gununsesi.org