“Qalatasaray” və “Real” qələbəni əldən verdi, “Bavariya”dan darmadağınlı qələbə

  • By admin
  • 27 Noyabr 2019 11:50

Azərbaycanda da xeyli sayda fanatları olan İstanbulun “Qalatasaray” klubu bu dəfə doğma meydanda qarşılaşıb. Gununsesi.org xəbər verir ki, qrupdan çıxmaq şansı qalmayan İstanbul təmsilçisi evdə “Brügge”ni sınağa çəkib. Meydan sahibləri oyunun uzun hissəsini üstünlüklə keçirsələr də, artırılmış olunmuş dəqiqələrdə qapılarında qol görərək 2 xal itiriblər.

Qrupunun digər matçında isə Madrid “Real”ı PSJ ilə üz-üzə gəlib. Madrid klubu Benzemanın vurduğu qollarla sona 10 dəqiqə qalmış 2:0 önə keçsə də, qonaqların 3 dəqiqəyə vurduğu iki qola mane ola bilməyib. Belədə matç bərabərliklə başa çatıb.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, 5-ci tur

26 noyabr

A qrupu 

21:55. “Qalatasaray” (Türkiyə) – “Brügge” (Belçika) – 1:1

Qollar: A.Büyük, 11 – K.Diatta, 90

00:00. “Real” (Madrid, İspaniya) – PSJ (Fransa) – 2:2

Qollar: K.Benzema, 17, 79 – K.Mbappe, 81, P.Sarabia

B qrupu

00:00. “Srvena Zvezda” (Serbiya)  – “Bavariya” (Almaniya) – 0:6

Qollar: L.Qoretska, 14, R.Levandovski, 53, 60, 64, 68, K.Tolisso, 89

00:00. “Tottenhem” (İngiltərə)  – “Olimpiyakos” (Yunanıstan) – 4:2

Qollar: D.Alli, 45, H.Keyn, 50, 77, S.Auer, 73 – B.Arabi, 6, R.Semedo, 19

C qrupu

00:00. “Atalanta” (İtaliya)  – “Dinamo” (Zaqreb, Xorvatiya) – 2:0

Qollar: L.Muriel, 27(pen.), A.Qomez, 47

00:00. “Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Ukrayna) – 1:1

Qollar: İ.Güngoğan, 56 – M.Salamon, 69

D qrupu

21:55. “Lokomotiv” (Moskva, Rusiya) – “Bayer” (Leverkuzen, Almaniya) – 0:2

Qollar: R.Cəmaləddinov, 11(ö.q), S.Bender, 54

00:00. “Yuventus” (İtaliya) – “Atletiko” (İspaniya)  – 0:0

Qol: P.Dibala, 45

Gununsesi.org