“Qalatasaray” yeni mövsüm formalarını satışa çıxardı - FOTO

Türkiyənin “Qalatasaray” klubu futbol komandasının yeni mövsümdə geyinəcəyi formaları satışa çıxardığını açıqlayıb.

Klubun “Twitter” hesabında yeni formanın təqdimat videosu yerləşdirilib.

Formanın yeni dizaynının alovdan ilhamlandığı qeyd edilir:

“Sarı və qırmızı rənglərin qarşılaşdığı seqmentli xətt “Qalatasaray” azarkeşlərinin komanda ilə görüşməsindən yaranan alovu təmsil edir. Yeni dizayn fanatın ehtirası və alovunu tam şəkildə əks etdirməyi hədəfləyir”

 

 

Gununsesi.info