
“Qalatasaray” Türkiyə superliqasının 20-ci turunda “Kayserispor”la oyuna ciddi itkilərlə çıxacaq.
Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, komandanın aparıcı futbolçuları Uesli Sneyder, Ərən Dərdiyok və Lionel Karol zədə səbəbindən sözügedən oyunu buraxacaq.
Digər zədəli futbolçu Səlcuk İnanın da sabahkı qarşılaşmada meydana çıxacağı sual altındadır.
Gununsesi.info