“Qalatasaray”dan Terimə doğum günü sürprizi

  • By admin
  • 07 Sentyabr 2020 16:32

Türkiyənin “Qalatasaray” klubu baş məşqçi Fatih Terimə 67 yaşı münasibətilə sürpriz edib. 

Gununsesi.info-nun məlumatına görə, klub Terimin karyerası ərzində birgə çalışdığı futbolçular və dostlarının təbriklərinin yer aldığı video hazırlayıb.

Onların arasında İngiltərə “Arsenal”ının sabiq baş məşqçisi Arsen Venger, təcrübəli mütəxəssislə İtaliyada birgə çalışmış Paolo MaldiniCennaro QattuzoNunu QomeşRuy Koşta, “sarı-qırmızılar”ın əfsanəvi futbolçuları George HacıDidye DroqbaUesli Sneyder, həmçinin Felipe MeloYohan ElmanderYuto NaqatomoMarianoMaykon kimi oyunçular da olub.

Videonu izləyən Terimin gözləri yaşarıb.

Qeyd edək ki, “Qalatasaray” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyununda “Neftçi”nin qonağı olacaq. Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.

Gununsesi.info