
Mayın 25-də “Qalatasaray”ın əfsanəvi başçılarından olan Prof.Dr. Əli Tanrıyar vəfat edib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhz Tanrıyarın ölümü ilə bağlı sarı-qırmızılı klubun rəsmi internet saytında bu sözlər yazılıb:
“Səhər saatlarında 103 yaşlı Əli Tanrıyar müalicə olunduğu xəstəxanada ölüb. Klub Tanrıyarın ölüm xəbərindən çox kədərlənib.1986-1990-ci illərdə kluba iki liqa, iki Prezident Kuboku qazandıran “Qalatasaray”ın əfsanəvi başçısı, keçmiş Daxili İşlər Naziri Əli Tanrıyara Allahdan rəhmət diləyir, ailəsinə səbr arzulayırıq. Məkanın cənnət olsun”.
Anar
Gununsesi.info