“Qalatasaray”ın daha üç keçmiş futbolçusunun həbsinə sanksiya verilib

  • By admin
  • 24 Avqust 2016 17:23

qa

İstanbul Cümhuriyyət Baş Prokurorluğu Hakan Şükürdən sonra “Qalatasaray”ın daha 3 keçmiş futbolçusu – Arif Ərdəm, Uğur Tütünəkər və İsmayıl Dəmirizin yaxalanması haqqında sanksiya verib.

 

APA-nın “Sabah” istinadən verdiyi xəbərə görə, prokurorluq Fətullahçı Terror Təşkilatının (FETÖ) ölkə futbolundakı təşkilatlanması ilə bağlı təhqiqat aparır. Daha öncə Hakan Şükürün həbsinə qərar verən prokurorluq A. Ərdəm, U. Tütünəkər və İ. Dəmirizin də yaxalanması barədə sanksiya verib.

 

İ. Dəmiriz bu gün İstanbuldakı evində saxlanılıb. Digər şəxslərin isə ölkə xaricində olduğu müəyyənləşdirilib.

 

Gununsesi.info