“Qalatasaray”ın futbolçusu “Milan”a keçə bilər

  • By admin
  • 30 Mart 2023 21:40

Lukas Torreyra “Qalatasaray”ı tərk edə bilər.

İtaliyanın “Milan” klubu uruqvaylı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Keçidin yayda reallaşma ehtimalı yüksək qiymətləndirilir.

Məlumata görə, “Qalatasaray” artıq futbolçuya alternativ tapıb.

27 yaşlı yarımmüdafiəçinin İstanbul klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, bu mövsüm 23 matçda 1 qol vurub.

Gununsesi.info