“Qalatasaray”ın iki futbolçusu koronavirusa yoluxdu

  • By admin
  • 31 Mart 2021 22:26

Türkiyənin “Qalatasaray” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

HTML tutorial

Xəbərdə oyunçuların birindən milli komandanın düşərgəsində götürülmüş COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb.

Yığmanın oyunları ilə əlaqədar fasilədən sonra klub üzvləri yenidən testdən keçib. Bu zaman komandanın daha bir futbolçusunda infeksiya aşkarlanıb.

Adları açıqlanmayan futbolçuların karantinə alındıqları bildirilib.

Gununsesi.info