“Qalatasaray”ın müdafiəçisi qəzaya düşdü

  • By admin
  • 13 Yanvar 2022 18:30

“Qalatasaray”ın braziliyalı müdafiəçisi Markao avtomobil qəzası keçirib.

Gununsesi.info xəbər verir ki, 25 yaşlı futbolçunun idarə etdiyi avtomobil başqa nəqliyyat vasitəsi ilə toqquşub. Mərkəz müdafiəçisi xəsarət almasa da, maşınına ciddi ziyan dəyib.

Qeyd edək ki, Markao cari mövsümdə “Qalatasaray” forması ilə meydana çıxdığı 21 oyunda 1 qol ötürməsi ilə yadda qalıb.

 

Gununsesi.info