“Qalatasaray”ın prezidenti əməliyyat olunacaq

  • By admin
  • 05 May 2020 16:29

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz əməliyyat olunacaq.

Gununsesi.org-un məlumatına görə, bu barədə klubdan bildirilib.

Sosial şəbəkə vasitəsilə edilən paylaşımda bir neçə gün əvvəl halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilən Cengizin səhhətinin normal olduğu yazılıb. Lakin klub rəhbəri bir neçə əməliyyat keçirəcək: “Prezidentimiz Mustafa Cengizin sağlamlıq problemləri səbəbindən aparılan müayinələrdən sonra bir sıra əməliyyat öhdəlikləri ortaya çıxıb”.

Qeyd edək ki, Mustafa Cengiz 2018-ci ilin yanvarından “Qalatasaray”a prezidentlik edir.

 

 

Gununsesi.org