“Qalatasaray”ın prezidenti yenidən əməliyyat olundu

  • By admin
  • 18 May 2020 14:57

Türkiyənin “Qalatasaray” klubunun prezidenti Mustafa Cengiz halı qəflətən pisləşdiyi üçün yenidən xəstaxanaya yerləşdirilib.

Gununsesi.org-un yerli mətbuata istinadən məlumatına görə, o, növbəti dəfə əməliyyat olunub.

M.Cengizin mədəsində qanaxma baş verdiyi bildirilib.

Qeyd edək ki, aprelin 30-da halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilən Mustafa Cengiz mayın 7-də əməliyyat olunub. Mayın 15-də isə klub prezidenti evə buraxılıb.

 

 

 

Gununsesi.org