Qalib kim olacaq: “Real”, yoxsa “Liverpul”?

  • By admin
  • 28 May 2022 14:47

Bu gün UEFA Çempionlar Liqasının final mərhələsində İspaniya və İngiltərə nəhəngləri – “Real Madrid” və “Liverpul” komandaları qarşılaşacaq. Qarşılaşma ilə bağlı idman jurnalistləri arasında qısa sorğu keçirdik.

İdman şərhçisi Sənan Şəfizadə Publika.az-a açıqlamasında qeyd edib ki, hər iki komanda çox güclü vəziyyətdədir və buna görə də favorit göstərmək çətindir: “Real Madrid” finala qədər olan matçlarda mükəmməl oyun sərgiləyib. Həmçinin “Liverpul” da ondan heç geri qalmır. Adı çəkilən komanda İngiltərə liqasında çox gözəl oyun sərgilədi və özündən aslı olmayan səbəblərə görə kuboku əldən verdi. Əgər komandaların qalib gəlmə şansını faizlə demək olarsa, oyun 51-in 49-a “Real Madrid”in xeyrinədir. Hesab isə 2-1 “Liverpul”un məğlubiyyəti ilə sonlanacaq”.

Sportsmedia: Ceyhun Rzayev

Məhşur futbol şərhçisi Ceyhun Rzayev söyləyib ki, çox maraqlı və gərgin oyun olacaq: “Çempionlar liqasının final mərhələsində Avropanın iki ən yaxşı komandası qarşılaşacaq. Oyunun sonunda “Real Madrid”in qələbə qazanacağını düşünürəm. Çünki adıçəkilən komandanın təcrübəsi daha çoxdur. İki komanda arasında xüsusi bir intriqa mövcuddur. Fikrimcə, hesab 2-1 “Real Madrid”in xeyrinə olacaq”.

ATV-nin aparıcısının canlı yayımda

İdman jurnalisti Vüsal Qurbanovun fikrincə, Çempionlar Liqasında hər zaman favorit “Real Madrid” olub: “Real” bütün çempionatlarda özünü sübut etmiş bir komandadır. İki il əvvəl bu komandalar Kiyevdə üz-üzə gəlmişdi və “Liverpul” o matçda məğlub olmuşdu. Həmin vaxt “Real Madrid”in heyəti daha güclü idi. Hazırkı vəziyyətdə isə İngiltərə təmsilçisi çox güclənib və sistemli oyun oynayırlar. Ancaq nə qədər güclənsələr də, 3-2 hesabı ilə “Real Madrid” qalib gələcək”.

İdman şərhçisi Namiq Abbasov vurğulayıb ki, iki komanda arasında xüsusi bir intriqa mövcuddur: “Bu oyunda birmənalı olaraq favoriti müəyyənləşdirmək çətindir. “Real Madrid” La liqada demək olar ki, bütün rəqiblərini məğlub etdi. “Liverpul” isə çox gözəl oyun sərgiləməsinə baxmayaraq son anda çempionluğu əldən verdi.  İspaniya təmsilçisinin qalibiyyəti əldən verməyi real görünmür. “Real Madrid 2-1 hesabı ilə qalib gələcək”

Gununsesi.info