Qalibiyyətini Şəhidlərə həsr edən -Eduard Məmmədov

  • By admin
  • 21 Oktyabr 2021 23:50

Bu gün Daxili İşlər Nazirliyinin polis polkovnik-leytenantı, “Dinamo” İdman Cəmiyyətinin baş inspektoru, Eduard Məmmədov 63 kq çəkidə kikboksinqin “kick lite” növündə döyüşərək, İtaliyada keçirilən WAKO versiya üzrə dünya çempionatının final döyüşündə qızıl medal qazanıb.

Gununsesi. info xəbər verir ki, “Ağ canavar” ləqəbli Eduard Məmmədov WAKO versiya üzrə 6-cı, ümumi bütün versiyalar üzrə 26-cı dəfə dünya çempionu olub.
Çempion öz sosial hesabında qeyd edib ki, bu onun 44 günlük Vətən Müharibəsindən sonra ilk yarışı olduğu üçün qələbəsini şəhidlərimizin ruhuna həsr edib. Yarış dönəmində ona dəstək olan hər kəsə öz təşəkkürünü bildirib.

Təbriklər!

Gununsesi. info