Qaliblər Ərdoğanla birlikdə gəzintiyə çıxacaq

  • By admin
  • 31 Yanvar 2017 13:02

anar
Türkiyə Milli Təhsil Nazirliyi, Türkiyə Dil və Ədəbiyyat Dərnəyi ilə birlikdə lisey şagirdləri arasında “Türkiyənin dövlət çevrilişləri tarixi və 15 iyul Milli İradə Zəfəri” mövzusunda hekayə və şeir yarışması təşkil edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu yarışmanın qaliblərinə15 min TL (təqribən 7 min 500 AZN) pul mükafatı və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə xarici ölkələrdən birinə səfər etmələri gözləyir.

İkinci yerin sahiblərinə 10 min TL (təqribən 5 min AZN), üçüncü yeri tutanlara isə 5 min TL (təqribən 2 min 500 AZN) veriləcək. Həvəsləndirici yerin qaliblərini isə universitet təhsili illəri boyunca təqaüd təminatı gözləyir.

Türkiyə Milli Təhsil Nazirliyi bildirib ki, yarışmanı keçirməkdə əsas məqsəd gənclərin millətin iradəsinə, dövlətə, demokratiya və azad həyata doğru edilən cəhdlərin qanuni olmadığı haqda onları maarifləndirməkdir.

Qeyd edək ki, yarışın qaliblərinin mükafatlandırma mərasimi, Prezident Sarayında baş tutacaq.

Anar

Gununsesi.info