Qallant ABŞ səfərini təxirə saldı: – Hücum hazırlanır

  • By Admin2
  • 09 Oktyabr 2024 13:43

İsrailin müdafiə nazirinin ABŞ-a səfəri ona görə təxirə salınıb ki, bu ölkənin Nazirlər Kabineti İslam Respublikasının hücumuna cavabla bağlı səsverməyə hazırlaşır və səsverməyə qədər Benyamin Netanyahu Qallantın ABŞ-a getməsini istəmir.

Gununsesi.info xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Bəzi qeyri-rəsmi məlumatlara görə, Qallantın ABŞ-da olduğu müddətdə İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırır.

Qeyd edək ki, Qallant ABŞ-a ötən gün nəzərdə tutulan səfərini təxirə salıb.

Gununsesi.info