QALMAQAL: Almaniyadan İsrailə etiraz – Bu xəritəni rədd edirik

  • By arzu
  • 25 Sentyabr 2023 20:44

Almaniya və İsrail arasında qarşılıqlı narazılıq yaşanır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahunun Fələstin müsəlmanlarının torpağını öz ölkəsinin ərazisi kimi göstərməsinə Almaniyadan etiraz açıqlaması səsləndirilib.

Almaniya eyni xəritəni qəbul etmədiyini açıqlayıb.

Almaniyanın Xarici İşlər Nazirliyinin sözcüsü Sebastian Fişer Benyamin Netanyahunun BMT-də təqdim etdiyi xəritəni qınayıb.

Mətbuat toplantısında ölkəsinin eyni xəritəni rədd etdiyini açıqlayıb.

“Bu, ikidövlətli həllə çatmaq cəhdlərimiz baxımdan, qətiyyən faydalı deyil”, – deyə alman rəsmisi bildirib.

Fişer bu məsələ həll edilməzsə, Orta Şərqdə zorakılığa çarə olmayacağını vurğulayıb.

“Bunu bacara biləcək başqa bir təklif görmədik. İki tərəf arasında müzakirə edilmiş ikidövlətli həllin gerçəkləşdirilməsi üçün çalışmağa davam edirik”, sözcü deyib.

 

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu BMT-dəki çıxışında Hindistandan Avropaya uzanan və ölkəsindən keçməsi planlaşdırılan yeni iqtisadi koridordan və S. Ərəbistanı ilə anlaşmadan bəhs edərək Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn, Misir, Sudan, S. Ərəbistanı və İordaniyanı yaşıl rəngdə göstərən “Yeni Orta Şərq” başlıqlı bir xəritə göstərmişdi.

 

Tərcümə: Arzu

Gununsesi.info