
“Seksual zorakılıq, pedofiliya və fahişəlik şəbəkəsi” kimi cinayətlərdən mühakimə olunarkən həbsxanada dünyasını dəyişən Cefri Epşteynlə bağlı ABŞ-da paylaşılan 943 səhifəlik iddianamədə iki Türkiyə vətəndaşının da adı hallanır.
Gununsesi.info xəbər verir ki, qızlara qarşı cinsi zorakılıq, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə mühakimə olunarkən həbsxanada ölü tapılan amerikalı milyarder Cefri Epşteynlə bağlı yeni detallar mətbuata sızmağa davam edir. Prokurorluq 943 səhifəlik ittiham aktını açıqladıqdan sonra Epşteynlə bağlı yeni adlar da ortaya çıxır.
“Amerikanın Səsi Türkcə”nin məlumatına görə, yetkinlik yaşına çatmayan gənc qızlara cinsi istismarda ittiham olunan Epşteynin şəxsi təyyarəsi ilə uşaqları öz adasına apardığı iddia edilib. Məhkəmə sənədlərində Epşteynin şəxsi təyyarəsinin pilotunun Türkiyədən uşaqları da götürüb-götürməməsi məsələsinin Türkiyədə böyük diqqət çəkməsinə səbəb olub. İndiyədək məlum olduğu kimi, ittihamnamədə iki Türkiyə vətəndaşının da adı hallanır.
İttihamnamənin əlavə sənədlərinə əsasən, bu şəxslərin Cefri Epşteynin təyyarəsində səyahət edənlər arasında olduğu bildirilir. Sənədlərə görə, bu şəxslərin adları Refia Banu Küçükköylü və Turabi Fıratdır. Məlumdur ki, Refia Banu Küçükköylü həmin vaxt ABŞ-da daşınmaz əmlak üzrə məsləhətçi işləyirmiş. Küçükköylü’nün adı daha əvvəl İngiltərə mətbuatında Şahzadə Endryu ilə Epşteyn arasındakı əlaqə ilə bağlı xəbərlərdə yer almışdı.
Endryu və Epşteyn tərəfindən təcavüzə məruz qaldığı səbəbiylə məhkəməyə müraciət edən Virciniya Giuffre ilə Küçükköylü Epşteynin təyyarəsində səyahət etdiyi iddia edilib. İngiltərə mətbuatı Küçükköylünün Epşteynin cinsi istismar cinayətlərindən xəbəri olub-olmaması ilə bağlı məlumatın olmadığını bildirib.
İkinci ad olan Turabi Fıratın həmin vaxt ABŞ-da beşulduzlu oteldə qida və içki meneceri işlədiyi iddia edilir. Bu şəxsin Epşteynin təyyarəsinə iş məqsədi ilə mindiyi təxmin edilir.
İttihama görə, Epşteynin pilotu Nadya Marçinko hakimin başqa ölkələrdən və Türkiyədən qızların ABŞ-a gətirilib-gətirilməməsi ilə bağlı sualına cavab verməyib, danışmamaq hüququndan istifadə etdiyini bildirib.
İctimaiyyətlə paylaşılan məhkəmə sənədlərində adları açıqlanmayan, adları gizli saxlanılan şəxslər də var. Elan edilən ittihamnamənin əslində Epşteyn işi ilə bağlı çox yeni və ya əvvəllər məlum olmayan məlumatları ortaya qoymadığına dair şərhlər də edilir.
Ən kiçiyi 14 yaşında olan 18 yaşından kiçik onlarla qıza qarşı cinsi zorakılıq etməkdə və fahişəlik şəbəkəsi yaratmaqda təqsirli bilinən Ceffri Epşteyn 2019-cu il avqustun 10-da Nyu-Yorkun Manhetten Metropoliten Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb.
Epşteynin sevgilisi Ghislaine Maksvel Epşteynin yetkinlik yaşına çatmayan qızları bəzi zəngin, məşhur insanlar və dövlət məmurları üçün fahişəliyə cəlb etməsinin təşkilində qanunsuz fəaliyyətlərinə kömək etdiyi iddiası ilə mühakimə olunduğu halda günahkar bilindi. Maksvell artıq 20 il müddətinə azadlıqdan məhrum edilib.
Digər tərəfdən, Epşteynin qurbanlarından olan Virciniya Giuffre 2021-ci ildə Nyu-Yorkda məhkəməyə müraciət edərək, Şahzadə Endryu 17 yaşında olarkən Nyu-York və Londonda onu təqib etdiyini söyləyib. Giuffre Şahzadənin yetkinlik yaşına çatmadığını bildiyi halda, razılığı olmadan ona cinsi təcavüz etdiyini bildirib.
Gununsesi.info