Qalmaqallı deputat və qardaşı məhkəməyə verildi

  • By admin
  • 03 Aprel 2021 12:17

Azərbaycanda daha bir millət vəkililə bağlı borc qalmaqalı üzə çıxıb.

Gununsesi.info bildirir ki, bu barədə “AzPolitika.info” xəbər yayıb.

Xəbərə görə, “Kapital Bank” ASC-nin deputat İqbal Məmmədov və qardaşı Çingiz Məmmədova qarşı məhkəmə iddiası qaldırdığı məlum olub. “Yenisabah”-ın məlumatına görə, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır. Deputat və qardaşının məhkəməyə verilməsinin səbəbi borc müqaviləsi üzrə mübahisələrdir.

Xatırladaq ki, İqbal Məmmədov dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində də mandatını qoruya bilib.

İqbal Məmmədov həm də “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin qeyri-rəsmi sahibi kimi tanınır.

Qeyd edək ki, İqbal Məmmədovun adı bir neçə qalmaqalda çəkilib.

Deputat kimi biznes fəaliyyəti qadağan edilən İqbal Məmmədov məşhur iş adamı İlham Qasımova qarşı da qanunsuz əməlləri ilə gündəmə gəlmişdi.

Gununsesi.info