Qalmaqallı erməni deputat seçkilərdə iştirakdan İMTİNA ETDİ

  • By admin
  • 20 May 2021 14:38

““Çiçəklənən Ermənistan” Partiyasının baş katibi vəzifəsindən istefa verərək, qarşıdakı seçkilərdə iştirak etməyəcəyəm”.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistan parlamentinin qalmaqallı deputatı Naira Zohrabyan Facebook səhifəsində yazıb.

O, Ermənistan dövlətçiliyini  Paşinyan hakimiyyətindən xilas etmək üçün bütün qüvvələri birlikdə mübarizəyə səsləyib.

Zohrabyan Paşinyan hakimiyyətilə mübarizə cəbhəsində qətiyyətlə fəaliyyətinə davam edəcəyini vurğulayıb.

Gununsesi.info