
“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardi və həyat yoldaşı Vanda Naranın boşanacaqları ilə bağlı xəbərlər fonunda yeni bir paylaşım gündəm olub.
Gununsesi.info bu barədə yerli KİV-də çıxan xəbərlərə istinadən bildirir.
Bir vaxtlar adı Vanda ilə eşq dedi-qodularında hallanan, klipində Vanda ilə açıq-saçıq səhnələrə çəkilən və hətta İkardi ilə ayrılmasına səbəb kimi göstərilən reper L-Gante sosial şəbəkə hesabında Mauro İkardi ilə birlikdə olduğu fotosunu paylaşıb.
“Mənə bir sual verin”, – deyə L-Gante paylaşdığı fotoya şərh yazıb və bundan sonra izləyicilərdən suallar gəlməyə başlayıb.
Gununsesi.info