Qalmaqallı iştirakçı “Maşın”dan getdi

Qalmaqallı iştirakçı “Maşın”dan getdi

vusale
Ötən gün “Maşın” realiti şousundan ən qalmaqallı iştirakçı hesab olunan aparıcı Vüsalə Kərimova gedib.

Gununsesi.info xəbər verir ki, onu yarışmadan səsverməyə çıxan müğənni Talıb Tale kənarlaşdırıb.

Belə ki, proqramda 4 iştirakçı Talıb Taleni SMS səsverməsinə çıxarıblar. Müğənni tamaşaçılardan səs istəyərək hədəfinin Vüsalə Kərimova olduğunu açıqlayıb.

“Dünən Vüsalə Kərimova bir güllə ilə iki canavar vurdu. Birini- Elşad Xoseni vurdu, məni isə mənəvi cəhətdən yaraladı. Ona görə də hədəfim Vüsalə Kərimovadır”, – deyə T. Tale söyləyib.

O, tamaşaçılardan 63,67 faiz səs toplayaraq Kərimovanı verilişdən uzaqlaşdırıb.
Gununsesi.info

COMMENTS