Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Kərəm Mirzəyev adına Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məcburi köçkün məktəbində baş verən qalmaqalda adı çəkilən direktor müavinin əvəzi Akif Səmədov və döyülməsi iddia olunan 8-ci sinif şagirdinin atası Ruslan Vəliyev bu gün Gununsesi.info-nun redaksiyasında olublar.
Qızı döyüldüyü iddia edilən valideyn Ruslan Vəliyev Gununsesi.info-ya açıqlamasında bildrib ki, heç bir şikayətim yoxdur: “Elə bir ciddi narazılığımız olmayıb. Qızımın döyülməsi ilə bağlı heç bir şikayətim yoxdu. Polisdə də ifadəmdə şikayətçi olmadığımı bildirmişəm. Cəmiyyətə yanlış informasiya veriblər. Akif müəllim uşağın üstünə qışqırıb onu döymüyüb”- deyə Ruslan Vəliyev əlavə edib.
Öz nöbvəsində Akif Səmədov isə bildirib ki, o hazırda həmin məktəbdə müəllimdir: “Mən direktor müavini uzun illər əvvəl olmuşam”