Qalmaqallı prodüser təcili xəstəxanaya yerləşdirilib

Nyu Yorkun Rikers Island həbsxanasında saxlanılan keçmiş Hollivud prodüseri  Harvi Vaynşteyn təcili ürək əməliyyatı üçün xəstəxanaya aparılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 72 yaşlı Vanşteyn ötən gecə döş qəfəsində kəskin ağrılar hiss edib, həbsxana həkimlərinin səyinə baxmayaraq, ağrı keçməyib və təcili xəstəxanaya yerləşdirilməsinə qərar verilib.

Bildirilib ki, o, şəkərli diabetdən, yüksək qan təzyiqindən, onurğa stenozundan, ürəyində və ağciyərlərində maye yığılmasından əziyyət çəkir və bu yaxınlarda ikiqat pnevmoniyaya çevrilən Covid-ə yoluxub.

Vanşteynin səhhətinin vəziyyəti ilə bağlı həkimlərdən hələlik heç bir açıqlama verilməyib.

Xatırladaq ki, 2023-cü ilin fevralında məşhur prodüser zorlama və cinsi təcavüzə görə 16 il həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, o, hazırda Rikers Island həbsxanasındadır.

 

 

Gununsesi.info