Ötən gün sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan, qeyri-etik hərəkətlər edərək “TikTok” üçün video çəkən şəxsin xəstəxanaya yerləşdirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən məlumat verilib. Onun hansı xəstəxanaya yerləşdirildiyi məlum olub.
Gununsesi.info xəbər verir ki, yetkinlik yaşına çatmayan A.C. Nərimanov rayonu 2 saylı Klinik Psixiatriya Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, Jalilov adı ilə “TikTok”da məşhurlaşan yeniyetmə yaşlı qadına qarşı etdiyi qeyri-etik davranışa görə tənqid edilib.
Gununsesi.info