Qalxandan ŞOK TƏLİMAT: Ərdoğanın planlarını pozun!

  • By admin
  • 04 Avqust 2021 09:28

Ərdoğanın 2023 və 2071-ci ilə dair planları var. Mübarizə aparmasaq, o, bunu reallaşdıracaq. Gəlin, planlarını pozaq.

Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə PKK liderlərindən Duran Qalxan çıxış edib.

D.Qalxan yeni bir təlimat verərək strategiyalarını “təbliğata” yönəltdiklərini bəyan edib:

“Ərdoğanın 2023 və 2071-ci il hədəfləri var. BMT Baş Assambleyasında göstərdiyi xəritəni hamı bilir. Mübarizə aparmasaq, bunu edəcək. Necə mübarizə aparacağıq? Təbliğat aparacağıq. Dostlar qazanacaqsınız, insanlara təsir göstərəcəksiniz. Bunu hamı belə bilməlidir”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vaxtilə BMT-də “terrordan azad olunmuş” ərazilərin xəritəsini nümayiş etdirmişdi.

Gununsesi.info