Evlənməyə hazırlaşan cütlüklər qan uyuşması məsləsində xüsusən həssas olmalı, evlilikdən əvvəl mütləq həkim nəzarətindən keçməlidirlər. Çünki evlilikdə qan qrupu uyğunluğu sağlam körpələrin dünyaya gəlməsi üçün lazım olan əsas şərtdir.
Qan qrupu təhlili ana ilə ata arasında ola biləcək qan uyuşmazlığını təyin etmək üçün edilir. Qan uyuşmazlığı isə qan qrupunuzdan deyil, qanınızdakı Rh faktorundan aslıdır. Ümumiyyətlə, qan uyuşmazlığı yalnız qadında Rh mənfi, kişidə isə Rh müsbət olduğu vəziyyətlərdə meydana gələ bilər.
Əgər qanınız aşağıdakı qruplara aiddirsə, deməli uyğunsuzluq yoxdur.
Qadın Rh müsbət, kişi Rh mənfidirsə;
Qadın Rh müsbət, kişi Rh mənfidirsə;
Qadın Rh müsbət, kişi Rh müsbətdirsə;
Xüsusən, qohum evliliyi quran şəxslərin evlilikdən öncə qan qrupu yoxlamasından keçməsi daha vacibdir. Çünki, hər insanın genetik şifrəsində onun sağlamlığı üçün təhlükə yaratmasa belə, bəzi gizli xəstəliklər olur. Bu gizli xəstəliklər eyni genetik kodu daşıyan, vahid mənşədən gələn insanlarda çox vaxt eyni hissələrdə olur. Dünyaya gələcək körpənin düsturu isə yarı qədər anadan, yarı qədər atadan aslı olduğu üçün ata və anada olan bu gizli xəstəlik övladda bütünləşərək tam şəkildə özünü gəstərir. Bunun nəticəsində də qohum evliliyindən doğulan uşaqlar çox vaxt əqli və ya fiziki cəhətdən qüsulu, bəzi hallarda isə hətta şikəst doğulurlar.
Müxtəlif genetik kodu daşıyan insanlarda çox nadir hallarda bu cür uyğunluğa rast gəlinsə də, yenə də hər iki halda, körpənizin və özünüzün sağlamlığı üçün həkim nəzarətindən keçməyiniz mütləqdir.
Qan qrupuna görə EVLİLİK – Kimlərlə evlənmək OLMAZ?
- By admin
- 12 May 2020 17:02
DİGƏR XƏBƏRLƏR
-
19 Aprel 2024 14:31
ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır
-
18 Aprel 2024 23:00
Gənc həkimə böyük etimad
-
18 Aprel 2024 22:03
ÜST: Martda 25 mindən çox insan vəbaya yoluxub
-
18 Aprel 2024 19:36
Respublika Pediatriya Mərkəzi yaradılıb
-
17 Aprel 2024 19:38
Rusiyadan Azərbaycana gətirilən məhsulda bakteriya aşkarlanıb
-
17 Aprel 2024 19:20
Tibb müəssisələrində yenilik
-
17 Aprel 2024 15:50
Nazirlik qan duruldan dərmanlarla bağlı əhaliyə xəbərdarlıq edib
-
15 Aprel 2024 11:44
Bayram günlərində təcili tibbi yardıma müraciət edənlərin sayı açıqlanıb
-
14 Aprel 2024 15:00
Şuşada ilk elmi toplantı keçirilib
-
08 Aprel 2024 22:43
Qara çay hansı virusu məhv edir?
-
07 Aprel 2024 15:42
Xərçəng hüceyrələrini məhv edən yeni kəşf
-
07 Aprel 2024 13:51
Bu gün Ümumdünya Sağlamlıq Günüdür