Qanlı terrakt Ərdoğanı Qazaxıstan səfərini təxirə salmağa məcbur etdi

  • By admin
  • 11 Dekabr 2016 11:30

recep_tayyip_erdogan_150412_albom_2

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qazaxıstana planlaşdırılan səfərini təxirə salıb.

Gununsesi.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti dünən İstanbulda baş verən partlayışla əlaqədar Qazaxıstana səfərini təxirə salıb.

Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23.29 radələrində İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 27-si polis əməkdaşı olmaqla, 29 nəfər ölüb, yaralananların sayı isə 166 nəfərə çatıb.

Gununsesi.info