“Qanqam Stayl”ın rekordu təzələndi - VİDEO

  • By admin
  • 12 İyul 2017 13:42

04

Cənubi koreyalı musiqiçi Pak Çe Sanın (PSY) oxuduğu “Qanqam Stayl” adlı mahnı “YouTube”da ən çox baxılan ikinci video olub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda “Qanqam Stayl” adlı mahnıya məxsus 5 illik rekordu ABŞ-lı repçi Viz Khalifa qırıb.

V.Khalifanın “See You Again” adlı videosu “YouTube”də 2.903.040.685 dəfə baxılıb.

Hazırda Castin Biberin “Sorry” adlı klipi 3-cü sıradadır. V. Khalifa “See You Again” adlı mahnısı ilə rekordu qırdıqdan sonra mətbuata açıqlama verərək bildirib ki, bu günədək bu mahnı xeyli sayda insana ilham verib.

“See You Again” mahnısı 2015-ci ildə “Fast and the Furious”(Sürətli və Hirsli) filminin ulduzu Paul Valkerin xatirəsinə yazılıb.

Anar

Gununsesi.info