
“Səsvermə zamanı qanun pozuntusu ilə bağlı indiyədək heç bir şikayət daxil olmayıb”.
Gununsesi.info-nun xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, təşviqat lazımi səviyyədə aparıldığı üçün Azərbaycan seçiciləri bu gün fəallıq göstərir.
MSK sədrinin sözlərinə görə, seçki prosesi tam şəffaf aparılır: “Bunu həm də beynəlxalq müşahidəçilərin fikrinə əsasən demək olar. Onların hamısı səsvermə prosesinin Seçki Məcəlləsinə uyğun olduğunu bildiriblər”.
M. Pənahov qeyd edib ki, indiyədək MSK-ya hər hansı qanun pozuntusu ilə bağlı şikayət daxil olmayıb.
Gununsesi.info