Qanun pozuntusuna yol verən hakim işdən azad olundu

  • By admin
  • 17 Oktyabr 2016 17:15

 

mehkeme

HTML tutorial

Vətəndaşların narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə 1 hakim barədə intizam icraatı başlanılıb.

Gununsesi.info  Məhkəmə-Hüquq Şurasına istinadən bildirir ki,  kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyevi tutduğu vəzifədən azad olunaraq, başqa işə keçirilməsi, Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudova və Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılova töhmət verilməsi barədə qərarlar qəbul edib.

Gülnaz Qənbərli

Gununsesi.info