“Qanunlarla bağlı fond yaradılması dəb düşüb” -Vahid Əhmədov

  • By admin
  • 01 İyun 2023 12:27

“Son vaxtlar Azərbaycanda dəb düşüb. Hansı qanun layihəsi qəbul olunursa, ardınca bir fond yaradılır”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri deputat  Vahid Əhmədov Milli Məclisin komitə iclasında bildirib.

O bildirib ki, daha sonra fondun fəaliyyət göstərməsi üçün dövlət büdcəsindən müəyyən vəsait köçürülür: “Bu Utilizasiya Fondunun yaradılmasında məqsəd nədir? Bu fondun vəsaiti necə xərclənəcək?”

Qeyd edək ki, “İstehsalat və məişət tullantıları haqqında” qanuna təklif olunan dəyişiklikdə Azərbaycanda nəqliyyat vasitələrinin Utilizasiyası Fondunun yaradılması da yer alıb.

Gununsesi.info