Qanunsuz miqrasiyaya görə 10 nəfər AXTARIŞDADIR

  • By admin
  • 15 Fevral 2022 11:55

Hazırda qanunsuz miqrasiya ilə məşğul olmaqda təqsirləndirilən 7 nəfər istintaqa cəlb edilib.

Gununsesi.info verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib.

Onun sözlərinə görə, qeyd olunan cinayət işləri Baş Prokurorluğun İstintaq idarəsində araşdırılır:

“Bu cür qanunsuz miqrasiyanı təşkili və saxta sənədlərlə vizaların rəsmləşdirilməsi faktı ilə bağlı cinayət işləri var. Bu işlər üzrə 7 nəfər barəsində cinayət işi başlanıb və 10 nəfər yaxın şəxs isə axtarışa verilib. Axtarışlar zaman müxtəlif dövlət qurumlarına aid 97 saxta möhür aşkarlanıb”.

Prokurorluq rəsmisi qeyd edib ki, xarici ölkələrdən qaytarılan şəxslərin hər birinin dindirilməsi prokurorluq tərəfindən təmin edilib: “Onların dindirilməsi zamanı cinayət tərkibi olan zaman həmin şəxslərlə bağlı cinayət təbiqi aparılır”.

Gununsesi.info