Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

21 Fevral 2018

17 Oktyabr 2017 - 11:46

Qanunsuz ov edən 110 nəfərdən 90 tüfəng müsadirə olunub- NAZİRLİK

ohota1508226295

2017-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 110 vətəndaş saxlanılıb, onlardan 90 ov tüfəngi, 396 patron, 22 ədəd quş və 10 baş heyvan götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, qanun pozucuları barəsində protokollar tərtib edilərək 98 nəfərə 95 790 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, 13 fakt üzrə isə təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

Eyni zamanda cari ilin ötən dövrü ərzində keçirilən reydlər zamanı ayrı-ayrı ictimai-iaşə obyektlərində vəhşi təbiətdən qanunsuz götürülən quş və heyvanların qeyri-sərbəst şəraitdə, qəfəsdə saxlanılması ilə bağlı 8 fakt aşkarlanıb.

Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat məbləğində cərimələnib, vəhşi quş və heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.

Gununsesi.info