Qanunsuz ov edənlər həbs edildi

  • By admin
  • 16 Noyabr 2016 11:56

qanunsuz

Azərbaycanda qanunsuz ov edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Baş Mil-Muğan kollektorunun sahilində qanunsuz quş ovladığı üçün İmişli rayon sakini Rüfət Qəmbərov və Bakı şəhər sakini Habil Şirinov saxlanılıb. R.Qəmbərovdan və H.Şirinovdan 2 ədəd tüfəng, 40 ədəd patron, 2 ov quşu götürülüb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 13-də Baş Mil-Muğan kollektorunun sahilində qanunsuz quş ovladığı üçün Sabirabad rayon sakini Ceyhun Təhməzov saxlanılıb. Ondan “İJ-58” və “TOZ-16” markalı tüfənglər, 2 ədəd giliz və 2 ov quşu götürülüb.

Gununsesi.info