Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

  • Müəllif: Firuzə
  • 24 Mart 2026 19:12

Azərbaycanda martın 23-də 2 avtomat silahı, 20 tüfəng, 4 patron darağı və 119 ədəd müxtəlif çaplı patron aşkarlanıb.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliiyndən məlumat verilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Gununsesi.info