Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər.
Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, oktyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 qumbara, 8 alışdırıcı, 7 tüfəng və 510 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Həmçinin ötən gün keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib.










