Qanunsuz silah-sursat müsadirə olunub

  • By admin
  • 15 Aprel 2017 12:16

makarov

Sumqayıt və Balakən şəhər sakinlərindən silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı Dəmir Yolu Vağzalı ərazisində, sərnişin qatarında Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Nəcəfovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron götürülüb.

Bundan başqa əldə olunan əməliyyat məlumatı əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri tərbirlərlə şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Məmmədovdan nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş tüfəng və 2 ədəd patron götürülüb.

Eyni zamanda Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Çingiz Kantayevdən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.

Anar
Gununsesi.info